ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında “uzun və dramatik” telefon danışığı olubbackend

ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında “uzun və dramatik” telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 may tarixində ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu telefonla danışıblar. N12 TV-nin məlumatına görə, söhbət “uzun və dramatik” olub.

Bu, ABŞ və İsrailin İrana qarşı zərbələri bərpa edə biləcəyi barədə xəbərlər fonunda baş tutub. Söhbətin təfərrüatları hazırda açıqlanmır.

Bu həftənin əvvəlində mənbələr “Axios”a bildiriblər ki, ABŞ nüvə proqramı ilə bağlı güzəştə getməyəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır. Vaşinqton Tehranın gələcək nüvə ambisiyalarından və mövcud zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsində israr edir. İran da öz növbəsində uran zənginləşdirmək hüququnu saxlamaq istəyir və ehtiyatlarından imtina etməyə hazır deyil.

//Samir Qurbanov, Editor.az