Ermənistan və Türkiyə Araz və Axuryan çaylarının birgə istismarını müzakirə ediblər.
Ermənistan və Türkiyənin transsərhəd su ehtiyatlarının idarə olunması üzrə daimi komitələrinin “Sərdarapat tənzimləyicisinin istismarı” və “Axuryan su anbarının istismarı” mövzusunda görüşü keçirilib.
Erməni KİV-lərinin yazdığına görə, görüş əvvəlcə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsində, daha sonra isə “Jrar” QSC-nin inzibati binasında baş tutub.
Görüş zamanı tərəflər arasında bir sıra mühüm razılaşmaların əldə olunduğu bildirilib.
Musavat.com


