Ermənistan Rusiyanın maraqlarına zərər verəcək heç bir addım atmayacaq.
Editor.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu açıqlamanı seçicilərlə görüşündə verib. O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətlərinin olduğunu qeyd edib. “Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Rusiya Prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir.” – Nikol Paşinyan deyib.
Ermənistan hökumətinin başçısı həmçinin Rusiyanın supergüc olduğunu və hörmətlə yanaşmalı olduğunu vurğulayıb. “Mən Rusiyaya, Prezidentə və Rusiya hökumətinin başçısına belə yanaşıram. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına zərər verən heç bir şey etməmişik və etməyəcəyik.” – Ermənistanın Baş naziri bildirib. Eyni zamanda, o, İrəvanın maraqlarının həmişə birinci yerdə olacağını aydınlaşdırıb. “Biz öz maraqlarımızı Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Lakin biz Rusiya ilə qarşıdurmaya girməyəcəyik; yüksək səviyyəli dialoq davam edəcək.” – Ermənistan hökumətinin başçısı bildirib.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri dünən bəyan etmişdi ki, respublika Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil.
//Samir Qurbanov, Editor.az


