Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdibackend

Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ermənilər tərəfindən meyiti təhvil verilən Təcili Tibbi Yardım Stansiyasının sürücüsü Fəxrəddin Yaqubov bu gün dəfn olunacaq.

Editor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun çalışdığı Xətai rayonu 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib. Onun müharibənin ilk günlərindən ən təhlükəli yerlərdən şəhid və yaralı daşıdığı bildirilib:

“O, həddindən artıq yaxşı insan idi. Özü də Qubadlı rayonundan idi, iki ay idi ki, Qarabağda yaralı daşıyırdı. Adətən, işçilər 10 günlük ezam olunurlar və qayıdırlar. Fəxrəddin dayı çox vətənpərvər insan idi, hamıya kömək etmək istəyirdi, ona görə də bu müddət ərzində cəbhədə olub. Bütün kollektiv onun ölüm xəbərindən çox sarsılıb”.

Xatırladaq ki, Fəxrəddin Yaqubov cəbhə bölgəsində olan əsgərlərə yardım apararkən noyabrın 22-də itkin düşmüşdü. Onun azaraq düşmən tərəfə keçdiyi və əsir götürüldüyü ehtimal olunurdu. Ötən gün cəsədlərin dəyişdirilməsi zamanı F. Yaqubovun da meyiti Azərbaycana qaytarılıb.