İran müharibəni Yaxın Şərqdən kənara daşımaq niyyətindədirbackend

İran müharibəni Yaxın Şərqdən kənara daşımaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbi əməliyyatları bərpa edərsə, İran Yaxın Şərqdən kənarda “gözlənilməz yerlərə” zərbələr endirəcək.
“Onlar [İsrail və ABŞ] dünyanın ən bahalı ordularının resurslarından istifadə edərək bizə hücum etsələr də, biz hələ də İslam İnqilabının bütün imkanlarını onlara qarşı tətbiq etməmişik.

İrana qarşı təcavüz yenidən başlasa, müharibə regiondan kənara yayılacaq və gözlənilməz yerlərdəki dağıdıcı zərbələrimiz sizin tamamilə viran qalmağınıza səbəb olacaq”, – İİKK bildirib.
Daha əvvəl İİKK nümayəndələri İranın Fars körfəzinin cənubundakı bütün ABŞ bazalarını məhv edə biləcəyini bildirmişdilər.

Xatırladaq ki, ABŞ və İran arasında 8 apreldən bəri atəşkəs qüvvədədir ABŞ prezidenti Donald Tramp vurğulayıb ki, danışıqlar uğursuz olarsa, ABŞ Silahlı Qüvvələri istənilən vaxt tammiqyaslı hərbi əməliyyata başlamağa hazır olacaq.

//Samir Qurbanov, Editor.az