Türkiyədə futbol yarışında ayağından zədə alan deputat Kamran Bayramov da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) qatılıb.
Deputat Globalinfo.az-a açıqlamasında zədədən sonra əməliyyat olunduğunu və hazırda müalicəsinin davam etdiyini bildirib.
O, böyük həvəslə WUF13-də iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, K.Bayramov ötən ay Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirində ağır zədə almışdı.
Deputatın yeni fotosunu təqdim edirik:




