Kylian Mbappé “Real Madrid”ın baş məşqçisi Alvaro Arbeloanın onu hazırda komandanın dördüncü hüumçusu kimi gördüyünü bildirib.
Editor.az xəbər verir ki, fransalı futbolçu start heyətində oynamağa hazır olduğunu desə də, məşqçinin qərarına hörmətlə yanaşdığını vurğulayıb.
Mbappenin sözlərinə görə, Arbeloa ona hücum xəttində hazırkı seçim sıralamasını açıq şəkildə izah edib. Futbolçu isə bu vəziyyətin onun motivasiyasını azaltmadığını, əksinə daha çox çalışmasına səbəb olacağını qeyd edib.
Bundan əvvəl İspaniya mediasında Mbappenin məşqçilər korpusunun üzvlərindən biri ilə münaqişə yaşadığı barədə xəbərlər yayılmışdı. İddialara görə, futbolçu məşq zamanı qeydə alınan ofsayd epizoduna görə əsəbi reaksiya verib.
Eyni zamanda, mətbuatda Mbappenin klub rəhbərliyindən Vinisius Juniorun satılmasını tələb etdiyi də iddia olunub. Bildirilir ki, bu məsələ ilə bağlı futbolçunun ailəsi də klub prezidenti Florentino Pereslə əlaqə saxlayıb.
//Gülnarə Abasova, Editor.az


