Ermənistanın baş kəşfiyyatçısı Qarabağda – İddiabackend

Ermənistanın baş kəşfiyyatçısı Qarabağda – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan gizlicə Qarabağa gedib.

Erməni nəşri mövzunu belə davam etdirib:

“İrəvana qayıdarkən yolda müxalifətçilər onun avtomobili ilə qarşılaşıblar. Müxalif deputatların sözlərinə görə, onlar Abazyanı Qarabağdan çıxarkən görüblər.

Biz ancaq fərziyyələr irəli sürə bilərik. Belə çıxır ki, ya Nikol Paşinyan vəziyyəti yerindəcə öyrənib ona məruzə etmək üçün Abazyanı “Artsax”a elçi göndərib, ya MTX direktoru müəyyən niyyətlə “Artsax”a gedib, ya da ola o, bölgədəki Rusiya sülhməramlılarını komandanlığı ilə görüşmək üçün Qarabağa yollanıb”.

Yenisabah.az