Həm taxıl göndərir, həm də qadağa tətbiq edir – Rusiya Ermənistanı niyə sıxır?backend

Həm taxıl göndərir, həm də qadağa tətbiq edir – Rusiya Ermənistanı niyə sıxır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək ölkəmizdən tranzit keçməklə Rusiyadan Ermənistana 47 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta yola salınıb. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin avqustun 11-də Ermənistanın dekabr ayına qədər Aİ-yə qoşulmaq və ya AİB-də qalmaqla bağlı ümumxalq referendumunun keçirilməsi barədə qərar verməli olduğunu bildirib. O, əlavə edib ki, məsələ dekabr ayında Ali Avrasiya İqtisadi Şurasının gündəliyinə yenidən çıxarılacaq və AİB müqaviləsinin dayandırılmasının Ermənistan üçün nəticələri barədə hesabat təqdim olunacaq.

Əgər Ermənistan Aİİ-dən çıxarılsa, Rusiya yenə vaqonlarla arpa və buğda göndərəcəkmi? Bir yandan “Rosselxoznadzor” Ermənistan güllərinin idxalını məhdudlaşdırıb, daha sonra qadağanı tərəvəz, üzüm, çəyirdəkli meyvə və quru meyvələrə də şamil edib, iyunun 12-də isə fitosanitar pozuntuları əsas gətirərək karantin nəzarətinə alınan bütün Ermənistan məhsullarının idxalını dayandırıb, digər tərəfdən onlara buğda, arpa, kömür və s. göndərir. Bu məntiqsizliyi necə izah etmək olar?

Co Bayden Azərbaycanla iqtisadi əməkdaşlıq arzusundadır” - Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiyanın Ermənistana bir tərəfdən buğda, arpa, gübrə və digər strateji məhsullar göndərməsi, digər tərəfdən isə Ermənistanın kənd təsərrüfatı məhsullarına idxal məhdudiyyətləri tətbiq etməsi ilk baxışda həqiqətən də ziddiyyətli görünür: “Rusiya Ermənistanla iqtisadi əlaqələri tamamilə kəsmək istəmir. Əksinə, taxıl, gübrə, yanacaq və digər strateji məhsulların tədarükünü davam etdirməklə Ermənistan bazarında öz mövqeyini qoruyur. Bununla yanaşı, Ermənistanın Rusiyaya ixrac etdiyi məhsullara məhdudiyyət qoymaq Moskvanın əlində iqtisadi təzyiq rıçaqlarının olduğunu göstərir.

Başqa sözlə, Kreml Ermənistana “strateji ehtiyaclarını təmin edirəm, amma mənim bazarıma çıxışını məhdudlaşdırmaq imkanım da var” mesajı verir. Bu, xüsusilə Ermənistanın Aİİ-dən mümkün çıxışı və Avropa İttifaqına inteqrasiya xəttini gücləndirməsi fonunda siyasi əhəmiyyət daşıyır. Ermənistan Aİİ-dən çıxsa belə, Rusiyanın taxıl ixracının tam dayanması mütləq deyil. Çünki bu, yalnız siyasi deyil, həm də kommersiya münasibətidir. Lakin Moskva ticarətin şərtlərini sərtləşdirə və iqtisadi rıçaqlardan daha fəal istifadə edə bilər”.