“HƏMAS-ın hücumu ilə başlayan müharibədə İsrail haqlı görünürdü”- ŞƏRHbackend

“HƏMAS-ın hücumu ilə başlayan müharibədə İsrail haqlı görünürdü”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin müharibəsinin daha şiddətli vəziyyət alacağı gözlənilir”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsinin son vəziyyətilə bağlı şərh verərkən politoloq Asif Nərimanlı deyib.

Politoloq bildirib ki, HƏMAS-ın hücumu ilə başlayan müharibədə İsrail haqlı görünürdü:

“Amma müharibənin davamında mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsi İsraili beynəlxalq müstəvidə haqsız hala saldı. Artıq onu dəstəkləyən Amerika və digər Qərb ölkələri də İsrailə qarşı çıxırlar. Bu isə İsrailin Qəzzadakı hədəfləri istiqamətində addımlar atmasına problem yaradır. İndiki halda İsrail ya daha şiddətli hücumla HƏMAS-a son qoyacaq, bu isə daha çox mülki əhalinin qırılması deməkdir. Əks təqdirdə isə İsrail beynəlxalq müstəvidə danışıqlara getməlidir. Bu isə HƏMAS-ın qələbə çalması kimi görünəcək və İsrail bunu qəbul etməyəcək”.

//Səbinə Hüseynli, Editor.az