Hər kəsin gözlədiyi şad xəbər gəldi – Tarix açıqlandıbackend

Hər kəsin gözlədiyi şad xəbər gəldi – Tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xərçəngə qarşı peyvənd 2030-cu ilə qədər hazır olacaq.

Edıtor.Az xəbər verir ki, bunu Oksford Universitetinin alimi Conatan Kvok deyib.

Onun sözlərinə görə, artıq bunun üçün bir neçə variant var və onlar üzərindən tədqiqat aparılır:

“Hazırda bununla bağlı yarış gedir və onda fərqli yanaşmalara, strategiyalara sahib ən azı 10 şirkət, eləcə də akademik birlik iştirak edir. Biz görürük ki, bu yanaşmaların əsas üstünlüyü nədir, hansı metodlar daha yaxşıdır və onları necə kombinasiya etmək olar”.

Kvok özlərinin hazırlayacağı vaksinin 2030-cu ildən daha tez hazır olacağını söyləyib:

“Xərçəngdən ölümlərin 70-90%-i metastaz ucbatından olur. Biz onun qarşısını immun sisteminin dayanıqlı cavabı hesabına almağa çalışırıq. O isə bizim vaksində istifadə edilən müəyyən vektorun köməyi ilə əldə edilə bilər”.

Kvok siçanlar üzərində tədqiqatlar zamanı peyvəndin metastazın inkişafına tam mane olduğunu və indi növbənin insanlara çatdığını söyləyib. /Globalinfo.az