Hollandiyada inflyasiya 59 ildə pik həddinə çatıbbackend

Hollandiyada inflyasiya 59 ildə pik həddinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Statistika İnstitutu ölkənin sentyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, avqustda yüzdə 12 olan illik inflyasiya sentyabrda yüzdə 14,5-ə yüksəlib. Sözügedən nisbət inflyasiyanın izlənməyə başlandığı 1963-cü ildən bəri müşahidə edilən ən yüksək inflyasiya olaraq qeydə alınıb. Xüsusilə enerji qiymətlərinin artması inflyasiyanın artmasında təsirli olub. Enerji qiymətləri sentyabr ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 200 artıb.

//Gülnarə Abasova, Editor.az