İrandan TƏLƏB: “Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir”backend

İrandan TƏLƏB: “Vaşinqton müsadirə olunan gəmini və heyəti dərhal azad etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların İran konteyner gəmisini müsadirə etməsini dəniz quldurluğu kimi qiymətləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə bəyanat nazirliyin rəsmi saytında dərc olunub.

“Sərnişinlərin, gəmi heyətinin və onların ailələrinin qorxudulması ilə müşayiət olunan bu hərəkət dəniz piratlığı və terror aktıdır. İran İslam Respublikası ABŞ-nin bu qeyri-qanuni və cinayətkar hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edərək, İran gəmisinin, onun sərnişinlərinin və heyətinin, eləcə də onların ailələrinin dərhal azad olunmasının zəruriliyini vurğulayır”, – deyə İran XİN-in bəyanatında bildirilir.

Tehran vurğulayıb ki, İran milli maraqlarının qorunması üçün bütün imkanlarından istifadə edəcək və regionda vəziyyətin gələcək eskalasiyasına görə tam məsuliyyət ABŞ-nin üzərinə düşür.

Xatırladaq ki, aprelin 20-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İranın limanlarından birinə gedən İran bayrağı altında üzən konteyner gəmisinin saxlanıldığını elan edib. Bu addımlar ABŞ tərəfindən əvvəllər tətbiq edilən İran limanlarının blokadası çərçivəsində atılıb. Komandanlıq qeyd edib ki, ABŞ hərbçilərinin tələblərinə tabe olmaqdan imtina edildikdən sonra Amerika esminesi konteyner gəmisinin mühərrik bölməsini zədələyib və bundan sonra amerikalı dəniz piyadaları gəminin göyərtəsinə qalxıblar.