“Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb”.
Editor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
“Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”, – məlumatda deyilir.
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10-da “Ulduz” – “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov” – “Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

