İrəvan əhalisi təşvişdə: metrostansiyaları, ticarət mərkəzlərini, zooparkı və kilsəni minaladılarbackend

İrəvan əhalisi təşvişdə: metrostansiyaları, ticarət mərkəzlərini, zooparkı və kilsəni minaladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az xəbər verir ki, bu gün axşam saatlarında Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan metrosunun bütün stansiyalarında, bütün ticarət mərkəzlərində, həmçinin Müqəddəs Qriqori İlluminator kilsəsində və zooparkda partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumat daxil olub.

Vətəndaşlar bu pobyekktlərdən təxliyə edilib. Məlumat yerli “Surmalu” bazarında pirotexniki əşyalar anbarında baş verdiyi güman edilən partlayışdan sonra yayılması əhali arasında böyük təşvişə səbəb olub. Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib ki, hazırda yerlərdə istehkamçılar və kinoloqlar işləyir. Lakin “Şamşyan” nəşri Yerevan polisinə istinadən xəbər verir ki, partlayışlar barədə verilən məlumatlar yalan olub. Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, “Surmalu” bazarında baş verən partlayış və yanğın nəticəsində hələlik 2 nəfər ölüb, 51 nəfər yaralanıb.

Editor.az