“İsrail Qəzza bölgəsinə tam nəzarəti əlində saxlamağa çalışır”-ŞƏRHbackend

“İsrail Qəzza bölgəsinə tam nəzarəti əlində saxlamağa çalışır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail-Fələstin müharibəsində İsrail tərəfi çox tez bir şəkildə bütün problemlərin həllinin tərəfdarıdır”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, müharibənin daha da genişlənib, uzun vüsət alması da İsrailin əsas istəyidir: “Lakin biz keçirilən səsvermə zamanı da gördük ki, dünya dövlətlərinin əksəriyyəti məsələnin dinc yolla həlli yönündə siyasi iradələrini ortaya qoyurlar. Eyni zamanda, bir çox dünya dövlətləri müharibənin tez bir zamanda bitməsini istəyirlər.

ABŞ və İsrail ilə yanaşı, Avstriya və Çexiya tərəfindən müharibənin davam etməsinə dair səsvermə onu göstərir ki, hələ də sülh əleyhinə olan dövlətlər var. Yaxın Şərq nümunə olsa da dinc yolla, silahsız və diplomatik müstəvidə məsələnin həllini görməyən və beynəlxalq hüquqla hesablaşmayan dövlətlər qalmaqdadır. Hazırki durumda İsrail məhz Qəzza bölgəsinə tam nəzarəti əlində saxlamağa çalışır və istəyir ki, bu ərazidə hökmranlığı ilə təhlükəsizliyə hər hansı təhdidlər formalaşdırılmasın”.

//Səbinə Hüseynli, Editor.az