İsrailin “Hizbullah”a qarşı əməliyyatının görüntüləri – ANBAAN VİDEObackend

İsrailin “Hizbullah”a qarşı əməliyyatının görüntüləri – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Hərbi Hava Qüvvələri Livanın cənub hissəsində İsrail ordusunun mövqeləri yaxınlığında beş “Hizbullah” yaraqlısını məhv edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusu (SAXAL) yayıb.

“Cənubi Livanda SAXAL qüvvələrinə yaxın ərazidə “Hizbullah” yaraqlıları zərərsizləşdiriliblər. Bundan əlavə, ötən gün iki fərqli hadisədə “Hizbullah” müdafiə xəttindən cənubda yerləşən SAXAL bölmələrinə doğru bir neçə kamikadze dronu buraxıb. Pilotsuz aparatlar qüvvələrimizin yaxınlığına düşsə də, şəxsi heyət arasında itki qeydə alınmayıb. Bu, “Hizbullah” tərəfindən atəşkəs razılaşmasının növbəti dəfə pozulmasıdır. SAXAL İsrail vətəndaşlarına və ordusuna qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün əməliyyatlarını davam etdirəcək”, – deyə bəyanatda vurğulanır.