Paşinyandan Azərbaycanla bağlı VACİB AÇIQLAMAbackend

Paşinyandan Azərbaycanla bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər əvvəllər Ermənistan və Azərbaycan iş adamları mal siyahılarını iki ölkənin hökumətləri vasitəsilə mübadilə edirdilərsə, indi buna ehtiyac qalmayıb.

Baş nazir izah edib ki, bundan sonra hər iki ölkənin sahibkarları bir-biri ilə birbaşa əlaqə qura bilərlər.

O əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi məhsulların çeşidi genişlənə bilər, lakin hazırda bununla bağlı hələlik dəqiq razılaşma yoxdur.

Baş nazir, həmçinin Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşən iş adamlarının adlarını açıqlamayacağını vurğulayıb.

O, bunu həmin şəxslərin müəyyən dairələr tərəfindən hədəf alınmaması və hücumlara məruz qalmaması üçün etdiyini qeyd edib.

Musavat.com