İtaliya 2 rus oliqarxının əmlakını ələ keçiribbackend

İtaliya 2 rus oliqarxının əmlakını ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələrinin rus oliqarxlarına qarşı sanksiyaları davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, İtaliyanın maliyyə polisi agentliyi olan Guardia di Finanzanın Rusiyanın nəhəng enerji şirkətinin sahibi Eduard Xudaynatova məxsus dəbdəbəli dənizkənarı kurort malikanəni, Romadakı mülki və avtomobili müsadirə etdiyi bildirilir. Xəbərdə Xudaynatovun Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa Birliyinin (Aİ) sanksiya siyahısına salındığı və mülkünün təxminən 57 milyon avro olduğu bildirilib.

Keçən ilin mayında İtaliya polisi Xudaynatova məxsus olduğu güman edilən və Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi olan 700 milyon dollar dəyərində lüks yaxta ələ keçirib. Başqa bir əməliyyatda İtaliya polisi Rusiya oliqarxı Qriqori Berezkinə məxsus dəyəri 15 milyon avrodan çox əmlakı ələ keçirib.Ümumilikdə mart və aprel aylarında İtaliya rus oliqarxlarına məxsus dəyəri 900 milyon avrodan çox olan villa və yaxtaları müsadirə edib.

//Safura Bənnayeva, Editor.az