İyrənc hadisə: Dəfələrlə qardaşı tərəfindən zorlandıbackend

İyrənc hadisə: Dəfələrlə qardaşı tərəfindən zorlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə gənc yaşlarında öz qardaşı tərəfindən zorlanan 21 yaşlı Aoife Farrelly (İfa Ferıli) hekayəsi ilə ölkəsində gündəm olub. Gənc qadın yaşadığı dəhşətli hadisəni izah edərkən, ailəsinin bu vəziyyətə göz yumduğunu iddia edərək, onu susmağa razı salmağa çalışdıqlarını bildirib.

Yenisabah.az xəbər verir ki, İngiltərənin Aberdin şəhərində yaşayan Ferılinin hekayəsi Britaniya mətbuatının gündəminə çevrilib. Hazırda 21 yaşlı gənc qadın 6 yaşında böyük qardaşı tərəfindən dəfələrlə cinsi istismara məruz qaldığını bildirib.

30 yaşlı qardaşı Cian Farrelly (Kiyn Ferıli) həbs olunduqdan sonra susqunluğunu pozan Ferıli ilk dəfə başına gələnləri mətbuatla bölüşüb. Bu iyrənc hadisəni tərədən qardaşın 4,5 il müddətinə azadlıqdan məhrum edildiyi açıqlanıb.