Kiyevə atılan raket diplomatik missiya binasına zərər vurub – FOTObackend

Kiyevə atılan raket diplomatik missiya binasına zərər vurub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi səhər Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində Avropa İttifaqının Məsləhət Missiyasının binasına ziyan dəyib.

“Rusiyanın bu səhər Kiyevin mərkəzinə raket və PUA hücumlarından sonra Avropa İttifaqının Məsləhət Missiyasının əsas qərargahına müəyyən ziyan dəyib”, – deyə missiyadan bildiriblər.

Hazırda missiya iştirakçıları arasında itkilər barədə məlumat yoxdur.

Təhlükəsizlik baxımından binaya dəyən zərərin təfərrüatları açıqlamayıb.

Bina səhər saatlarında Rusiya raketinin düşdüyü piyadalar üçün nəzərdə tutulmuş şüşə körpünün yaxınlığında yerləşir.

Oxu.az