Kreml: Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna görüşünə ev sahibliyi etmək təklifini müzakirə edə bilərbackend

Kreml: Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna görüşünə ev sahibliyi etmək təklifini müzakirə edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan bu həftə Qazaxıstanın paytaxtı Astanada keçiriləcək təhlükəsizlik sammitində görüşə bilərlər”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğanın Ukrayna və Rusiya liderləri arasında görüşə ev sahibliyi məsələsini gündəmə gətirib çıxarmayacağı ilə bağlı suala Peskov “Mümkündür” cavabını verib.

“Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna görüşünə ev sahibliyi etmək təklifini müzakirə edə bilərlər”, – Kremlin bəyanatında deyilir. O cümlədən bildirilib ki, paytaxt Kiyevə raket hücumları “xüsusi hərbi əməliyyatın bir hissəsidir və hər şey xüsusi hərbi əməliyyat ətrafında baş verir”, – Peskov bildirib.

//Gülnarə Abasova, Editor.az