Lavrov: “Ukrayna İstanbuldakı danışıqlarda Krım və Donbasla bağlı məsələlərdə daha anlayışlı davrandı”backend

Lavrov: “Ukrayna İstanbuldakı danışıqlarda Krım və Donbasla bağlı məsələlərdə daha anlayışlı davrandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbuldakı son görüşdə Ukrayna tərəfinin Krım və Donbasla bağlı daha anlayışlı olduğunu deyib.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Hindistanın paytaxtı Yeni Dehlidə həmkarı Subrahmanyam Caishankar ilə görüşdə həftənin əvvəlində İstanbuldakı danışıqları şərh edərkən bəhs edib.

Lavrov İstanbulda danışıqlarda kağız üzərində qalan razılaşmaların tezliklə həyata keçirilməsinin vacibliyindən bəhs edib.

XİN rəhbəri növbəti danışıqlar mərhələsi üçün yekun razılaşdırılmış planın olmadığını və vaxtı gəldikdə bu haqda məlumat veriləcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az