Lvov raket atəşinə tutuldu, 4 qanadlı raket məhv edildibackend

Lvov raket atəşinə tutuldu, 4 qanadlı raket məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 16-da səhər saatlarında Rusiyanın 4 qanadlı raketi məhv edilib. Bu barədə Editor.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Qərb” Komandanlığının məlumatına istinadən xəbər verir.

Xəbərə görə, aprelin 16-da səhər saatlarında rus işğalçılarının Su-35 təyyarəsi Lvov vilayətinə raket zərbələri endirib. Raketlərin 4-ü Qərb Komandanlığının zenit-raket bölmələri tərəfindən məhv edilib. İşğalçıların raketləri Baranoviçi aerodromundan qalxıblar. “Ölüm saçan hədiyyələrin raşistlərə çatdırılmasında əməkdaşlığa görə Belarusa təşəkkür edirik” – Nazirlyin məlumatında deyilir.

Editor.az