Makron köynək və qalstuk əvəzinə qalın sviter geyinərək xalqa “enerjiyə qənaət edin” mesajını verdibackend

Makron köynək və qalstuk əvəzinə qalın sviter geyinərək xalqa “enerjiyə qənaət edin” mesajını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa mətbuatı prezident Emmanuel Makron və nazirlər şurası üzvlərinin enerji qənaəti üçün qalın geyinmə tendensiyasında iştirak etdiyini şərh edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Makron siyasət, həmkarlar ittifaqı və vətəndaş cəmiyyəti kimi sahələrin nümayəndələrini Yelisey sarayında bir araya gətirərək bu yaxınlarda yaradılan “Yenidənqurma Milli Şurası”nın internet saytını tanıtmaq üçün kameralar qarşısına keçib.

Prezident Makronun ofisində kamera qarşısına keçərək pencəyinin altından qalstuk köynəyi yerinə boğazlı sviter geyinməsi ölkə mətbuatının gündəminə düşüb.

Fransanın BFMTV kanalının siyasətçisi Bruno Jeudy Makronun boğazlı sviterinin “qışda elektrik enerjisinin kəsilməsi və qiymət artımı qorxusu qarşısında hökumətin enerjiyə qənaət təşəbbüsü”nə dəstək mesajı kimi qiymətləndirib.

//Safura Bənnayeva, Editor.az