“Makronun islamçı-cihad sərsəmləməsindən sonra rəsmi İrəvan təbliğat tezislərini təkrarladı”- ŞƏRH  backend

“Makronun islamçı-cihad sərsəmləməsindən sonra rəsmi İrəvan təbliğat tezislərini təkrarladı”- ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Ketrin Kolonna açıqlamasında bildirib ki, Ermənistan ərazisində Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi barədə razılıq əldə olunub. “Paris Ermənistanı dəstəkləyir, bu ölkənin ərazi bütövlüyü pozulub. Fransa vəziyyəti sabitləşdirməyə hazırdır, biz Azərbaycan silahlı qüvvələrinin öz başlanğıc mövqelərinə qayıtmasını tələb edirik”, -deyə nazir vurğulayıb.

Maraqlıdır , Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqı missiyasının yerləşdirilməsi istəyindən sonra Fransanın vasitəçilik təklif etməsinin səbəbi nədir? Fransanın narahatlığı nədən qaynaqlanır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, son 30 ildə Ermənistanın Azərbaycan sərhədlərini atəşə tutmaq adəti formalaşıb:

“44 günlük Vətən müharibəsindən sonra qısa bir müddət sakitlik olsa da yenə əvvəlki dövrlərdə olduğu kimi Azərbaycan sərhədlərini atəşə tutmaq adətini davam etdirdilər. Ermənistan tərəfinin sülh barədə fikirləri istər müharibədən əvvəl, istərsə də sonra həmişə xarici ictimaiyyət üçün deyilmiş fikirlərdir. Reallıqda onlar bu sülhlə razılaşmırlar, bizim torpaqlardan pay istəyirlər. Çünki bütün dünyadakı  erməni lobbisinin və erməniliyin ideoloji nüvəsində məhz bizim torpaqlardan pay ummaq, Türkiyədən genosid iddiaları durur”.

Politoloqun fikrincə, Ermənistan tərəfi istəsə də, istəməsə də sülh sazişinə gedən prosesin iştirakçısıdır:

“Bu proses isə Ermənistan üçün də öhdəlik və məsuliyyət formalaşdırıb. Sülhə gedən yolda ümumilikdə Ermənistanın da imza atdığı razılaşdırılmış, sülhəqədər prosesləri tənzimləyən öhdəliklər var. Ermənistan hər bir halda sülh sazişini imzalamağa məcburdur, əks halda bu müharibə şərtləri formalaşdırır. Azərbaycan prezidentinin və sülh sazişi üçün çalışan tərəflərin verdiyi mesajlardan irəlidə iki aylıq bir müddət üçün gözləntilər var. Bu müddət ərzində ilin sonuna kimi Avropa Birliyi və Fransanın Azərbaycan-Ermənistan sərhədində missiyası fəaliyyət göstərəcək. Artıq onlar ərazidə missiyanın yerləşməsi üçün bir sıra addımlar atıblar”.

Yeganə Hacıyeva qeyd edir ki, missiya mövzusunda anlaşılmaz bir məqam mövcuddur:

” O da budur ki, bu missiya haqqında tərəflərin fərqli fikiri var. Məsələn, Aİ  missiya, Fransa XİN missiya haqqında şərhi və Ermənistanın bu missiya haqqında fikirləri bir-birindən fərqlənir. Bu mərhələdə hələ bu mövzu aydınlığa çıxmalıdır. Missiyanın həyata keçirilməsində Fransadan dürüstlük gözləntimiz yoxdur. Fransa bizə münasibətdə heç vaxt dürüst olmayıb, olmayacaq da. Amma Avropa Birliyinin bu missiyada reallığı daha az təhrif edə biləcəkləri gözləntimiz var. Düzdür, biz deyə bilmərik ki, onlar həmin zaman üçün fəaliyyəti dövründə sərhəddə ermənilərin sülhü pozmaq cəhdlərini tam da fiksə edəcəklər, tam miqyasda monitorinq keçirəcəklər, prosesləri izləyəcəklər və s. Yəni tam olmasa da Avropa Birliyindən qismən gözləntimiz var.
Fransa hərbi əməliyyatların ilk günlərində  Makronun islamçı-cihad sərsəmləməsindən sonra rəsmi İrəvan təbliğat tezislərini təkrarladı. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişə tərəfindən birinin tezislərindən istifadə etməsi ilə özünü   tərəf olmasının ifşa etmişdir. Belə nümunələr çoxdur. Məsələn , Ermənistanın “Qraparak” nəşri  Makronun Fransanın Azərbaycan və Türkiyə ilə siyasətini Fransanın erməni icmasının məsləhətləri əsasında qurması haqqında depeş məlumatlar dərc edilib. Yazıda qeyd edilirdi ki, Makron erməni icmasından “ Fransanın necə davranmalı olması” ilə  bağlı maraqlanıb. Erməni icması ilə görüşün detallarından o da aydın olur ki,  Makron Fransanın ATƏT- in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində istifadə etmək istəyib və buna uyğun hərəkət edib”.

//Safura Bənnayeva, Editor.az