Ukraynada supermarketə zərbə endirildi: 17 yaşlı gənc həlak oldubackend

Ukraynada supermarketə zərbə endirildi: 17 yaşlı gənc həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Pavloqrad şəhərində supermarketə zərbə endirilməsi nəticəsində 17 yaşlı gənc həlak olub.

Editor.az xəbər verir ki, UNİAN-ın məlumatına görə, hadisə nəticəsində supermarketdə güclü yanğın baş verib. Hadisə yerinə xilasedicilər və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub.

İlkin məlumatlara əsasən, zərbə nəticəsində obyektə ciddi ziyan dəyib, ərazidə yanğın başlayıb və insan tələfatı qeydə alınıb. Hücumun nəticələrinin aradan qaldırılması və hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

UNİAN hadisəni Rusiyanın Ukraynaya qarşı davam edən hücumları çərçivəsində təqdim edir.

//Samir Qurbanov, Editor.az