Tbilisidə iki gün əvvəl Gürcüstana gələn Rusiya vətəndaşı öldürülübbackend

Tbilisidə iki gün əvvəl Gürcüstana gələn Rusiya vətəndaşı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşı qətlə yetirilib.
Editor.az-ın Gürcüstanın “TV Pirveli” telekanalına istinadən yaydığı məlumata görə, öldürülən şəxs Gürcüstana hadisədən cəmi iki gün əvvəl gəlib.

İlkin məlumatlara əsasən, hadisədən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Gürcüstan hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

İş Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi üzrə araşdırılır. Hadisənin motivi və şübhəlinin kimliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az