Myanmada fövqəladə vəziyyət uzadıldıbackend

Myanmada fövqəladə vəziyyət uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Myanmada dövlət çevrilişi edərək hakimiyyətə gələn hərbi diktatura ölkədəki fövqəladə vəziyyəti 1 fevral 2023-cü ilə qədər uzadıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Naypyida keçirilən Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında prezident səlahiyyətlərini icra edən Vin Myint məlumat verib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin uzadılmasına səbəb təhlükəsizlik və sabitliyin hələ də təmin olunmamasıdır.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də ölkədə keçirilən prezident seçkilərinin saxtalaşdırılması iddiası ilə hərbiçilər ölkədə dövlət çevrilişi həyata keçirmişdi. Həmin zaman başda Aunq San Suu Kyi olmaqla, bir sıra iqtidar nümayəndələri həbs olunub. Beynəlxalq ictimaiyət dövlət çevrilişini pisləyərək demokratika əleyhinə atılmış addım kimi qəbul edib. Zaman-zaman ölkədə vətəndaşlar dövlət çevrilişinin antidemokratik olduğunu bildirərək etiraz aksiyaları edirlər.

//Nəzərbəy Hacıağayev, Editor.az