NATO-dan Rusiyaya şok hədə – “Cavabımız dağıdıcı olacaq”backend

NATO-dan Rusiyaya şok hədə – “Cavabımız dağıdıcı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO alyansın kritik infrastrukturlarına istənilən hücuma sərt cavab veriləcəyini açıqlayıb.

Bu barədə alyansın “Şimal Axını” qaz kəmərində baş verənlərlə bağlı bəyanatında deyilir.

“Müttəfiqlər olaraq biz dövlət və qeyri-dövlət subyektləri tərəfindən güc və digər hibrid taktikaların tətbiqinə hazırlaşmaq, qarşısını almaq və bunlardan müdafiə olunmaq öhdəliyi götürürük. Müttəfiqlərin kritik infrastrukturlarına qarşı əvvəlcədən düşünülmüş istənilən hücum vahid və qətiyyətli cavab alacaq”, – sənəddə deyilir.

Polşa Xarici İşlər naziri Zbiqnev Rau isə Rusiyanın nüvə silahından istifadə etmə ehtimalından danışıb. Onun sözlərinə görə, NATO Rusiyanın mümkün nüvə silahından istifadəsinə dağıdıcı cavab verəcək.

Rau hesab edir ki, Rusiyanın mümkün nüvə silahından istifadəsinə cavab sərt olmalıdır.

O, həmçinin qeyd edib ki, “Şimal Axını” qaz kəmərindəki sızmanın səbəbini müstəntiqlər müəyyənləşdirəcək:

“Sızmanın arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına dair fərziyyə getdikcə daha çox ehtimal olunur. Rusiya Avropanın enerji təhlükəsizliyi ilə bağlı fikir ayrılıqlarını dərinləşdirmək üçün boru kəmərlərini zədələyə bilər”.

Teleqraf.com