Nebenzya: “Qərb ölkələri Kiyevə silah-sursat verməklə Ukraynadakı münaqişəni uzatmağa çalışır”backend

Nebenzya: “Qərb ölkələri Kiyevə silah-sursat verməklə Ukraynadakı münaqişəni uzatmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın mülki vətəndaşları öldürməsi faktını Rusiyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Vasili Nebenzya rədd edib.

Editor.az-ın İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Vasili Nebenzya Buça şəhərindəki görüntülərin Qərb tərəfindən uydurulduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin BMT-dəki çıxışından sonra Nebenzya ona belə cavab verib:

“Heç bir şahid olmadan rus əsgərlərinin mülki şəxsləri öldürməsinə dair ittihamları sizin vicdanınıza buraxırıq. Buça şəhərindəki görüntülər Qərb və Ukrayna mediası tərəfindən ortaya atılan əsassız iddialardır. Siz sadəcə görmək istəyinizi gördünüz, eşitmək istədiyinizi eşitdiniz. Ancaq biz şəhərdən ayrılanda heç bir cəsəd yox idi. Ukrayna millətçilərinin vəhşilikləri haqqında ifadə verməyə hazır olan minlərlə olmasa da yüzlərlə şahid var”.

Nebenzya Qərbin Ukraynanı silahla təmin etməsinə də toxunub.

“Ukrayna onlar üçün Rusiyaya qarşı oynadıqları geosiyasi oyunda sadəcə qurbandır. Qərb ölkələri Kiyevə silah- sursat verməklə Ukraynadakı münaqişəni uzatmağa çalışır”-deyə Nebenzya bildirib.

//Editor.az