Neftin ucuzlaşıb, qazın qiymətinin artmasının səbəbi nədir?- Ekspert AÇIQLADI  backend

Neftin ucuzlaşıb, qazın qiymətinin artmasının səbəbi nədir?- Ekspert AÇIQLADI  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neft və  qazın qiymətinin əksər hallarda sinxron şəkildə artmasının və azalmasının müşahidə etmişik. Bəzən isə neftin qiyməti azaldığı halda qazın qiymətinin artığını müşahidə edirik. Bu isə ondan qaynaqlanır ki, yay aylarında elektrik enerjisinin sərfiyyatının artması və elektrik enerjisinin istehsalı zamanı 80% təbii qaz yanacağından istifadə edilməsi bu aylarda təbii qaza olan tələbatı kəskin şəkildə artırır”.

Bu fikirləri Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, digər səbəb isə hazırkı məqamda Rusiya qazından Avropanın 40-42 faizlik asıllığıdır:

“ Bundan sonra da Rusiya qazından asılılığın azaldılması istiqamətində işlərin görülməsi, alternativ kanalların azaldılması, Rusiya qazından imtinaya cəhdlərin olunması nəticədə qaz bazarında hazırkı vəziyyəti yaradır.
Azərbaycanda əvvəlki dövrdə neft gəlirləri qaz gəlirləri ilə müqayisə edilməz dərəcədə çox idi. Neftdən gələn gəlirlərimiz çox idi. Amma son dövrlərdə artıq Azərbaycanda neft hasilatının həcmi azalan xətt üzrə davam edir. Neft hasilatının azalmasının yaxşı tərəfi budur ki, qaz hasilatı artır. 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində ilk dəfə qazdan gələn gəlirlər neft gəlirlərinə yaxınlaşmaq üzrədir. Bu baxımdan neft qiymətinin aşağı düşməsinə rəğmən qaz qiymətinin yuxarı olması ölkəmizə daxil olmuş valyutanın azalmasına mane olur. Bunu müsbət hal kimi qiymətləndirmək lazımdır”.

Ekspertin sözlərinə görə, 2022-ci ilin 7 ayın hesabatında ölkənin ixracdan gələn gəlirlərinin 92-93%-i məhz neft-qaz gəlirləri olub: “Bu statistika yeni açıqlanıb. Yenə də ölkə iqtisadiyyatında bu məhsullardan gələn gəlirlər son dərəcə əhəmiyyətlidir. Azərbaycanda yaxın 30-35 il ərzində artıq neft hasilatında daha kəskin azalmalar və hasilat həcmlərinin sona yaxınlaşması kimi tendensiya yaşanacaq. Amma qaz isə hələ çox-çox uzun illər hasil ediləcək və ölkəyə valyuta gətirməkdə davam edəcək. Şah dəniz yatağının daha dərin qatlarında qaz ehtiyatları var, həmçinin digər Babək, Ümid yataqlarında, Xəzərin dibində olan yataqların potensialı mövcuddur. Sadəcə bunun üçün müəyyən zaman və qonşu ölkələr, eləcə də İran, Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı yekun razılığın əldə olunmasından sonra Xəzərin karbogen ehtiyatlarının daha çox olduğunu nəzərə alaraq bu razılaşmalardan sonra hasilat həcmləri qazda artacaq”.

//Safura Bənnayeva, Editor.az