Polşa vətəndaşlarını Belarusu tərk etməyə çağırdıbackend

Polşa vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varşava Belarusdakı Polşa vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb. Editor.az xəbər verir ki, bu barədə “Reuters” Polşa hökumətinin bəyanatına istinadən xəbər verir.

“Biz Belarusda qalan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrin köməyi ilə onun ərazisini tərk etməyi tövsiyə edirik”, – Polşa hökuməti bildirib. Bu gün, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun ölkəsində terror aktları törətmək üçün Polşa, Litva və Ukraynada yaraqlılar hazırlanır.

Onun sözlərinə görə, Polşa ABŞ-dan nüvə silahı yerləşdirməyi xahiş edir. Polşa qoşunları “iki-üç saat ərzində” Belarusla sərhədə yaxınlaşa bilər. Bundan əvvəl isə Rusiya və Belarus qoşunlarının regional qrupunun yerləşdirilməsi barədə razılığa gəliblər. Həmin razılığa görə, Rusiya ordusunun əlavə kontingenti respublika ərazisində yerləşdirilə bilər. Lukaşenko dəqiq rəqəmin adını çəkməsə də, bunun 1000 nəfər olmayacağını vurğulayıb.

   //Samir,Editor.az