Qaxda kişi öz evini yandırdıbackend

Qaxda kişi öz evini yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün 42 yaşlı kişi yaşadığı evi yandırıb.

Editor.az xəbər verir ki, hadisə Qax rayonunda baş verib.

Ümumi sahəsi 81 kvadratmetr olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğını ev sahibi özü törədib.

Qax rayon sakinlərinin sözlərinə görə, hadisənin hansı səbəblə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.