Rəsmi Tehranın hazırkı “xoş” siyasətinə ALUDƏ OLMAMALIYIQ: “İran əməkdaşlıqda səmimidirsə…”backend

Rəsmi Tehranın hazırkı “xoş” siyasətinə ALUDƏ OLMAMALIQ: “İran əməkdaşlıqda səmimidirsə…”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran regionda Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul etmək məcburiyyətində qalaraq rəsmi Bakı ilə əməkdaşlığa qayıtdı. İkinci Qarabağ müharibəsində rəsmi Tehranın dekustriktiv siyasəti, hərbi təlimlərlə sərhəd ” əzələ nümayişi” fiaskoya uğradı və nəticədə Ankara və Bakının “3+3″ platforması ilə razılaşdı. Bunun əsas səbəbi İranın alternativinin olmaması, yeni gərginliyin öz əleyhinə çevriləcəyindən irəli gəlirdi”.

Bu sözləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi analitikin sözlərinə görə, İran-Azərbaycan əlaqələrində ötən ilin axırlarında Aşqabadda İƏT konfransında Prezident İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisinin görüşü yeni əməkdaşlığa yol açdı və gərginliyə son qoydu:

“Bu əməkdaşlıq Ruhani adminstrasiyasının dönəminə qayıdır. Rəsmi Tehran artıq Azərbaycanla hərbi əməkdaşlığa maraq göstərib. İranın burada əsas planı təbii ki, regionun güclü ordusuna malik və müharibədə bunu sübut etmiş Azərbaycanın təcrübəsindən yararlanmaqdır. Məhz müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana dəvət edilməsi hərbi-texniki əməkdaşlıqda İranın maraqlı olmasını istisna etmir. İran həmçinin Azərbaycan vasitəsilə son model “5-ci nəsil” silahlara çıxmağı da planlaya bilər. Hazırda İranın Azərbaycanla hərbi əməkdaşlığa maraq göstərməsi, Türkiyə Azərbaycan və İsrail Azərbaycan əlaqələrinə müəyyən qədər hədəf ala bilər. Ona görə də rəsmi Tehranın hazırkı “xoş” siyasətinə aludə olmamalı və dövlət sərhəddində Azərbaycana qarşı hərbi nümayişini unutmalıyıq”.

M. Əsədullazadə vurğulayıb ki, İran əməkdaşlıqda səmimidirsə, 2018- ci ildə Xəzərin hüquqi statusu ilə bağlı son yekun sənədi parlamentdə ratifikasiya etməli, dənizdə Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir:

“Azərbaycanın Türkiyə, İsrail, Pakistan və Böyük Britaniya ilə sıx hərbi-texniki əməkdaşlığı varsa, bu ölkələrə qarşı olan texnika cəhətdən zəif İranın hərbi əməkdaşlığı nəyimizə lazımdır?!”.

//Gülnarə Abasova, Editor.az