Rusiya-Belarus regional hərbi qruplaşması yaradılırbackend

Rusiya-Belarus regional hərbi qruplaşması yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksandr Lukaşenko bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə birgə regional qoşun qruplarının yerləşdirilməsi ilə bağlı razılığa gəlib.

Editor.az bu barədə Lukaşenko təhlükəsizlik məsələləri üzrə iclasda bildirib. Bu qərarın Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra iki dövlət başçısının təkbətək görüşü nəticəsində qəbul edildiyi bildirilir. “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılaşdıq. Bütün bunlar bizim qəbul etdiyimiz sənədlərə uyğundur”, – Lukaşenko bildirib.

O əmindir ki, Belarus üçün təhlükə var və buna görə də Rusiya-Belarus birgə hərbi qruplaşmasının yaradılmasına başlanılıb. “Bu, mənim fikrimcə, artıq iki gündür ki, mövcuddur. Əmr verilib ki, biz bu qrupu formalaşdırmağa başlayaq”, – Lukaşenko deyib.

  //Samir,Editor.az