“Rusiya cəmiyyətə “qisas alındı” mesajını verir”- Şərhbackend

“Rusiya cəmiyyətə “qisas alındı” mesajını verir”- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın  qısa müddətdə də olsa adekvat qərarını gördük. Bu daha çox Rusiyanın daxili auditoriyasına hesablanıb. Yəni qisas xarakterli Kiyev şəhərinin mərkəzinin qanadlı raketlərlə vurulması daha çox Rusiya cəmiyyətinə “Qisas alındı” fikrini aşılamaqdan başqa birşey deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, əslində bu Rusiya ordusunun acizliyini göstərir:

“ Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi qərarını verib. Şuranın növbəti addımında çox ciddi müzakirə predmenti olan gündəm mövzuları var. Bunlardan biri də yaxın prespektivdə Krım körpüsünün vurulmasını Rusiyaya təcavüz kimi qiymətləndirilərkən nüvə silahından istifadə olunub-olunmayacağı məsələsidir. Bu sıradan bir mövzu, ya da prezident Vladimir Putinin yalnız başına qəbul edəcəyi qərar deyil”.

Politoloq qeyd edir ki, nüvə silahından istifadə ilə bağlı konkret kodlar var:

“Bu istiqamətdə hərbi və xüsusi xidmət orqanlarında həmin kodları daşıyan insanlar var. Onlar da müharibənin Rusiyanın xeyirinə bitməyəcəyini bilən şəxslərdir. Hələlik susub, prezidentə qarşı çıxa bilməsələr də, gələcək talelərini də düşünürlər. Əgər nüvə silahından sonra  prezident Vladimir Putinin siyasi, hüquqi taleyi geriyədönməz bir proses yaradacaqsa, bu insanlar prezidentlə tamamilə məhv olub gələcəklərini bitirmək istəməzlər. Nüvə silahından istifadə olunduğu təqdirdə Rusiyanın başına daha dəhşətli vəziyyətin gələcəyi ilə bağlı xəbərdarlıq edilib. Hətta adekvat nüvə silahından Rusiyaya qarşı istifadə olunmasa belə Ukrayna ərazisində və Qara dənizdə, bütövlükdə Rusiyanın hərbi-dəniz donanmasının qısa müddət ərzində tamamilə məhv edilməsi təhlükəsini yaradır. Bu yöndə Rusiya dövlətinə xəbərdarlıq edilib. Ona görə də taktiki nüvə silahından istifadə belə müharibənin taleyini Rusiyanın xeyirinə həll etməyəcək. Ola bilər ki, hansısa bölgədə Ukrayna ordu qruplaşması və ya tank qruplaşmasını məhv edə bilər. Amma bunun nəticələri Rusiya üçün ağır olacaq”.

Natiq Miri bildirir ki, Rusiya Ukraynaya müharibə elan edə bilər, amma bu da kütləvi səfərbərlik qərarıryla müşayiət olunar:

“Bu addım belə regionda vəziyyəti dəyişməyəcək. Ordu olmadan cəbhədə vəziyyəti Rusiyanın xeyirinə dəyişmək mümkün deyil. Bir tərəfdə peşəkar döyüşkən, yeni təlimlər alan Ukrayna ordusu fonunda kütləvi əsir düşməyə meyilli olan əsgərlər var. Cəbhə xəttində kütləvi təslimolma prosesində Rusiyanın prespektivi yoxdur. Ukraynanın tezliklə ərazilərini azad etməsi müharibənin həllini Ukraynanın xeyirinə çevirəcək amildir”.
 
//Safura Bənnayeva, Editor.az