Rusiya raketi Polşanın hava məkanını pozubbackend

Rusiya raketi Polşanın hava məkanını pozub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Veslav Kukula ölkənin hava məkanının Rusiya raketi ilə pozulduğuna dair işarələrin olduğunu bildirib.

Onun sözlərinə görə, raket Ukraynadan gəlib və üç dəqiqə ölkənin hava məkanında uçub. “Hər şey onu göstərir ki, dekabrın 29-da səhər saat 7 radələrində Rusiya raketi Polşanın hava məkanını zəbt edib, biz onu radarda müşayiət etdik və hava məkanını tərk etdi.

Biz bunu daha ciddi yoxlamaq üçün axtarışlar aparırıq”, –deyə Kukula Polşanın baş naziri Donald Tusk və ölkənin müdafiə naziri Vladislav Kosiniyak-Kamışın iştirakı ilə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, Polşa hərbçiləri raketi vurmaq üçün qırıcı təyyarələri qaldırıblar, lakin o vaxta qədər ölkənin ölkənin hava məkanını tərk edib.

Polşa prezidenti Anjey Dudanın ofisinin nümayəndələri bildiriblər ki, insident nəticəsində Polşa sakinləri xəsarət almayıb, heç bir obyektə dəymiş ziyan qeydə alınmayıb.

//Samir Qurbanov, Editor.az