Rusiya-Ukrayna cəbhəsində vəziyyət: ötən günün statistikasıbackend

Rusiya-Ukrayna cəbhəsində vəziyyət: ötən günün statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları ötən gün ərzində düşmənin cəmləşdiyi 20 nöqtəni vurub, 20-dən çox PUA məhv edilirb.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı saat 6:00-a olan xülasədə məlumat verib. “Ukrayna aviasiyası son 24 saat ərzində düşmənə 23 zərbə endirib. Düşmənin dayaq məntəqələrinin, silah və hərbi texnikasının cəmləşdiyi 15 nöqtənin, həmçinin 7 zenit-raket kompleksinin darmadağın edilməsi təsdiqlənib”, – hesabatda deyilir. Bundan əlavə, Ukraynanın müxtəlif istiqamətlərdə hava hücumundan müdafiə bölmələri 5-i Orlan-10, 15-i Şahed-136 və 1-i Mohajer-6 olmaqla, düşmənin 20-dən çox pilotsuz təyyarəsini vurub.

“Son ötən sutka ərzində raket qoşunları və artilleriya canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi beş məntəqəni, beş hava hücumundan müdafiə mövqeyini, iki artilleriya qurğusunu, bir sursat anbarını və bir keçidi də sıradan çıxarıb”, – deyə Baş Qərargahdan bildiriblər.

  //Samir, Editor.az