Rusiya Ukraynanı hücumda ittiham edir: Zelenski ittihamları rədd edirbackend

Rusiya Ukraynanı hücumda ittiham edir: Zelenski ittihamları rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın paytaxtı Kiyevdə 60-a yaxın ölkə və beynəlxalq təşkilatın liderləri və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Krım Platformasının 2-ci Zirvə Toplantısından sonra mühüm açıqlamalarla çıxış edib.

Zelenski Moskvada bombalı hücum nəticəsində həlak olmuş Darya Duqinanın ölümü ilə bağlı Ukraynanın ünvanına səslənən ittihamları rədd edib.

Editor.az xəbər verir ki, prezident bununla bağlı açıqlamasında “bu, qətiyyən bizim məsuliyyətimiz deyil” -deyə bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Duqinanın bombalı hücumda öldürülməsinin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığının müəyyən edildiyinə dair açıqlamasına toxunan Zelenski, “Bu, qətiyyən bizim məsuliyyətimiz deyil. O,(Duqanı öldürdüyü iddia edilən Natalya Vovk) dövlətimizin vətəndaşı deyil”-ifadəsini işlədib.

Qeyd edək ki, Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqinin qızı Darya Dugina avqustun 20-də Moskva vilayətinin Odintsovo şəhəri yaxınlığında olduğu avtomobilin partlaması nəticəsində dünyasını dəyişib.

FSB Duqinanın bombalı hücumda öldürülməsinin arxasında Ukrayna xüsusi xidmət orqanlarının olduğunun müəyyən edildiyini bildirib.

Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna televiziyasına verdiyi açıqlamada Rusiyanın iddialarını təkzib edib və ölkəsinin Duqinanın qətli ilə heç bir əlaqəsi olmadığını bildirib.

\\Safura Bənnayeva, Editor.az