Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına Çindən REAKSİYAbackend

Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına Çindən REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına görə BMT-nin İnsan Haqları Şurasında üzvlüyünün dayandırılmasına reaksiya verib.

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien bu qərarı “qanunsuz və siyasi motivli addım” kimi qiymətləndirib.

“Çin insan haqları məsələlərində ikili standartlara və insan haqları adı altında digər ölkələrə təzyiqə qəti şəkildə qarşıdır”. Bu, şəffaf bir qərar deyil. Moskva ilə Kiyev arasındakı gərginlik bu qərarla birlikdə daha da artacaq”,-Cao bildirib.

Qeyd edək ki, dünən BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyünün dayandırılması ilə bağlı  qətnamə qəbul edib.

//Gülnarə Abasova, Editor.az