Rusiyanın ilginc oyunu- Ukrayna rəsmisini yamsıladıbackend

Rusiyanın ilginc oyunu- Ukrayna rəsmisini yamsıladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna kəşfiyyatı Rusiyanın Deepfake texnologiyasından istifadə etdiyinə dair görüntülər paylaşıb. Ukraynanın baş naziri qiyafəsində olan Rusiya kəşfiyyatı “Baykar”ın baş direktoru Haluk Bayraktarla əlaqə saxlamağa çalışıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, görüntüləri Ukrayna hərbi kəşfiyyat idarəsi yayıb. Rusiya kəşfiyyatı Deepfake texnologiyasından istifadə etməkdə ittiham olunub. Görüntülərdə Rusiya nümayəndəsinin Ukraynanın baş naziri Denis Şmiqal qiyafəsində olduğu görünür. Rus kəşfiyyatı bu üsulla Haluk Bayraktarla görüşməyə çalışıb. Vəziyyəti dərk edən Ukrayna kəşfiyyatı görüşə Bayraktarın katibi kimi qatılıb və rus kəşfiyyatı ilə görüşüb. Rusiya nümayəndəsinin saxta addımlarla Türkiyə-Ukrayna münasibətlərini pozmağa çalışdığı iddia edilib.

//Safura Bənnayeva, Editor.az