Ruslar Ukraynanın müstəqillik gününə “sürpriz” hazırlayıbbackend

Ruslar Ukraynanın müstəqillik gününə “sürpriz” hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Ukraynanın qarşıdan gələn Müstəqillik günündən yeni təxribatlar üçün istifadə edəcəklər.

Editor.az xəbər verir ki, bu proqnozu hərbi ekspert Oleq Jdanov səsləndirib.

Onun sözlərinə görə, elə olub ki, düşmən bu cür “sürprizləri” dini və böyük dövlət bayramları üçün təşkil edir.

“Burada hesab edirəm ki, Ukraynanın demək olar bütün ərazisinə qrup şəklində raket zərbələri endirilə bilər. Çox güman ki, bunu hazırlayırlar. Bu gün başqa variant görmürəm. Cəbhədə kardinal dəyişiklik yoxdur. Qalan həftələrdə vəziyyəti dəyişdirmək çox çətindir.

Aviasiya uçmaqdan qorxur və onların çoxunu itiriblər, pilotların keyfiyyəti son dərəcə aşağıdır, xüsusən də son iki həftədə onlar Tu-95 və Tu-160 təyyarələrini dəqiq “hava-yer” raketlərinin istafədəsi üçün istifadə etmirlər”, – ekspert deyir.

O, həmçinin xatırladıb ki, düşmənin taktiki təyyarələri uzun müddətdir Ukraynanın dərinliklərinə uçmayıb.

“Belə olan halda qalır raket zərbəsi qalır. Bəlkə də, buna görə Zyabrovkada bir tank səkkiz dəfə “partladı”. Belarusların rəsmi versiyasına görə … Yeri gəlmişkən, orada S-300 və S-400 komplekslərinin böyük konsentrasiyası var idi. Xüsusilə 100-dən 200 km-ə qədər məsafədəki yer hədəflərinə atılma qabiliyyətinə malik S-300”, – deyə Jdanov əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Müstəqillik Günü ilə əlaqədar Rusiyanın Zelenskiyə qarşı təxribatlar hazırladığı barədə xəbərdarlıq etmişdi.

//Samir,  Editor.az