Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləndilərbackend

Saatlıda məktəblilər mikroavtobusda dəm qazından zəhərləndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib.

Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.