“Sabotaj ehtimalı çox yüksəkdir”-Ekspertbackend

“Sabotaj ehtimalı çox yüksəkdir”-Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizində Rusiya qazını Avropaya daşıyan “Şimal axını 1 və 2” boru kəmərlərində sızma böhranı dərinləşir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Boru Kəmərləri və Neft Nəqliyyatı Korporasiyasının (BOTAŞ) keçmiş baş direktoru boru kəmərləri və sızmalarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, boru kəmərləri çox möhkəm tikilib: “Təbii hadisələr nəticəsində zədələnmə ehtimalı çox azdır. Onun üçün təxribat ehtimalı daha inandırıcı görünür. Qara dənizdəki borular təxminən 2 min 100 metr dərinlikdədir. Lakin Şimal axınının sızdığı ərazilərdə onun dərinliyi 80-100 metrdir. Təbii qaz kəmərlərində metan qazı var. Bu metan havadan yüngül olduğundan borular səthə qalxır. Bunun baş verməməsi üçün çox qalın borulardan istifadə edilir və borular xüsusi sementlə örtülür. Bu borular quruda olduğu kimi torpağa basdırılmır. Onlar dənizin dibində yerə qoyulur. Yəni kənardan insan müdaxiləsi olmadan, boru kəmərlərinə heçnə olmayacaq. Hətta zəlzələlər də çox şiddətli olmadıqda ona zərər verə bilmir. Deməli, təxribat ehtimalı çox yüksəkdir”.

Ekspertin sözlərinə görə, zərər görmüş boruların təmiri uzun və yorucu olacaq:

“Zədələnmiş boruların təmiri iki yolla reallaşa bilər. Birincisi, ya borular dənizə çıxarılır və xüsusi gəmilərdə təmir olunur, amma onların 100 metr dərinlikdə yerləşdiyini nəzərə alsaq bu çox çətin prosesdir. Çünki boru qırılmadan əvvəl onu çıxarmaq lazımdır. Ya da Sakarya Sahəsində istifadə etdiyimiz “Explorer” kimi robotlarla təmir edilməlidir. “Şimal axını”ndan sızma məlumatı ciddi narahatlıqdan xəbər verir. Onu təmir etmək bir il çəkə bilər. Rusiya ilə Avropa razılığa gəlsə belə, qaz göndərilə bilməz. Dəniz suyunun daxil olmasından sonra xəttin tamamilə yararsız hala düşəcəyi ilə bağlı iddialar əsassızdır. Onu da qeyd edim ki, sızmanın ətraf mühitə təsiri var. İlk növbədə dənizin altında soyuyur, hidradlar əmələ gətirir və ekoloji həyata təsir göstərir. Ancaq əsl problem suda deyil, atmosferdə baş verir. Sızma nəticəsində metan qazı buraxılır. Metan karbon qazından dörd dəfə daha çox istiləşməyə səbəb olur. Bu atmosferə təsir edir, lakin metan karbon qazı olduğu müddətcə atmosferdə qalmır və tez parçalanır”.

//Safura Bənnayeva, Editor.az