Samsung smartfonlarının real istifadə müddəti açıqlanıbbackend

Samsung smartfonlarının real istifadə müddəti açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samsung şirkətinin smartfonlarının orta istifadə müddəti ilə bağlı yeni araşdırma nəticələri açıqlanıb.

BGR tərəfindən yayımlanan məlumata görə, adi smartfon modelləri nəzəri olaraq 5–7 il işləyə bilsə də, praktikada bu göstərici daha aşağı ola bilər.
Məqalədə qeyd olunur ki, istifadəçilərin rəylərinin təhlili göstərir: bəzi cihazlar 5 ildən çox işləsə də, çox vaxt bu müddət ərzində performans azalması, batareya deqradasiyası və proqram yeniləmələrinin məhdudlaşması kimi problemlər ortaya çıxır.

Mütəxəssislər bildirirlər ki, cihazın real ömrü istifadə vərdişlərindən, batareyanın vəziyyətindən və proqram dəstəyinin davam etməsindən ciddi şəkildə asılıdır.

//Samir Qurbanov, Editor.az