Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batdıbackend

Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub.

Editor.az  APA-ya istinadən xəbər verir ki, rayonun Sarıqaya kəndində süni sututarında batan Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.