Şəkidə orta məktəbdə ölüm hadisəsi baş verib.
Editor.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün rayonun Aran kənd tam orta məktəbində qeydə alınıb. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 1972-ci il təvəllüdlü Telman Məhərrəm oğlu Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı T. Əzizovun ürək tutmasından öldüyü məlum olub.

