ABŞ müdafiə naziri Pit Heqset hesab edir ki, prezident Donald Tramp, müharibə artıq başa çatdığından İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən təsdiq istəməməlidir.
Editor.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, o, bunu 30 apreldə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləməsində bildirib. Ağ Ev də bu fikri bölüşür. Agentliyin qeyd etdiyi kimi, 1973-cü il qanunu dövlət başçısının 60 gündən çox davam edən hərbi əməliyyatlar aparmaq üçün Konqresdən təsdiq istəməsini nəzərdə tutur.
Tramp administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, bu qanuna əsasən, “28 fevralda başlayan hərbi əməliyyatlar dayandırılıb”. Rəsmi bildirib ki, ABŞ və İran 7 apreldə iki həftəlik atəşkəs elan edildikdən bəri heç bir hücum təşkil etməyiblər. Agentlik həmçinin qeyd edir ki, 60 günlük müddət mayın 1-də başa çatıb, lakin ABŞ Konqresi İrana qarşı hərbi əməliyyatları təsdiqləmək üçün heç bir tədbir görməyib.
//Samir Qurbanov, Editor.az

