İran Parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, Hörmüz boğazı mahiyyət etibarilə “atom bombasıdır”.
“Hörmüz boğazı beynəlxalq dəniz yolu deyil; bu, İranın suveren imtiyazıdır və bizim “atom bombamızdır” və biz bu hüquqi mövqeyimizin üzərində qətiyyətlə və cəsarətlə dayanırıq.” – Əli Nikzad deyib.
İran Məclisinin (Parlament) sədr müavini vurğulayıb ki, Hörmüz boğazında gəmiçiliyi tənzimləyən qaydalar bir daha heç vaxt əvvəlki kimi olmayacaq. O, Ali Lider Müctəba Xameneinin müvafiq sərəncam verdiyini aydınlaşdırıb. Bundan əlavə, Nikzad uranın 60%-ə qədər zənginləşdirilməsi də daxil olmaqla, İslam Respublikasının nüvə enerjisindəki nailiyyətlərinin İranın “elmi qüdrətinin” nəticəsi olduğu fikrini bildirib.
//Samir Qurbanov, Editor.az

